Abramoviç "Qalatasaray"ın ortaq sahibi ola bilər

Rusiyalı iş adamı Roman Abramoviç Türkiyənin “Qalatasaray” futbol klubunun ortaq sahibi ola bilər.
Bu barədə "Sözcü" məlumat yayıb.
Abramoviç İstanbul komandasında böyük pay almağı planlaşdırır.
Onun Türkiyədə yaşamaq niyyətində olduğu və hətta oradan ev də aldığı iddia edilir.
Xatırladaq ki, Abramoviç İngiltərənin "Çelsi" klubunun keçmiş sahibidir.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: