Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana hansı marşrutla çatdırılacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyevin sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Press-fakt “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana çatdırılması marşrutunun təfərrüatlarını təqdim edib.
“Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı dəmir yolu, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolu ilə Ermənistana gələcək. Sülh bərqərar olub”, - o, qeyd edib.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: