Rusiya kəşfiyyat təyyarəsi Norveç səmasında - F-35 qırıcıları havaya qaldırıldı

Norveç Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirmək üçün F-35 qırıcılarını havaya qaldırıb. Norveçin şimalında yerləşən şəhərin sakinləri partlayış səsləri eşidib.
Bu barədə “Altaposten” məlumat yayıb.
Nəşrin məlumatına görə, yerli vaxtla saat 11:18 radələrində Alta şəhərinin sakinləri iki partlayış səsi eşidib, şəhərin mərkəzindəki binaların pəncərələri silkələnib. Bu, F-35-lər şəhərin üzərindən uçarkən baş verib.
Partlayış səsinin nədən qaynaqlandığı, hansı şəraitdə baş verdiyi açıqlanmır./axar.az
Oxunub: 10
Xəbəri paylaş
Paylaş:





















Millət vəkilindən icra başçısına SƏRT İRAD: