Belçika Ukraynaya F-16-ları nə vaxt göndərəcəyini açıqladı

Belçika ən yaxşı halda gələn il Ukraynanı əlavə F-16 qırıcılarla təmin edə biləcək.
Bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
"Biz tədarükləri qrafik üzrə almağa davam edirik: ilk üç F-35 artıq gəlib. İndi onlar işə düşməlidir. Məncə, bu, bir il və ya il yarım çəkəcək. Biz əməliyyat qabiliyyəti əldə etdikdən sonra F-16-larımızı Ukraynaya ötürə biləcəyik", - Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, F-35-lərin yerləşdirilməsi prosesi F-16-nın Ukraynaya verilməsi imkanları ilə birbaşa bağlıdır.
Press-fakt
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: