Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ayaz Mütəllibov vəfat etdi
  • Ramiz Mehdiyevin yoxlamadan sonra işdən çıxarılan qardaşı oğluna yeni vəzifə verilib
  • Ramiz Mehdiyev məhkəməyə verildi - SƏBƏB
  • Əbdürrəhman Vəzirov vəfat edib
  • "QORBAÇOV HƏR ŞEYİ MƏHV ETDİ..."- Vəzirovdan maraqlı açıqlamalar
  • "O, ANADANGƏLMƏ RİYAKAR İDİ..."- Sabiq Baş nazir Ramiz Mehdiyevlə bağlı danışdı /MÜSAHİBƏ

    • Tarix: 22-10-2025, 00:00

    “Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”

    Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə verib.

    Press-fakt həmin müsahibəni təqdim edir:

    - Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?

    - Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.

    1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.

    Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.

    Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.

    Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.

    - Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?

    - Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.

    - Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?

    - Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.

    Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.

    - Siz Baş nazir olanda Ramiz Mehdiyevlə əlaqəniz olubmu?

    - Mən Baş nazir olanda Heydər Əliyev Naxçıvanda idi. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov da mənəvi-insani nöqteyi-nəzərdən elə Ramiz səviyyəsində idi. Heydər Əliyev Ramiz kimi Ayazı da dəfələrlə yüksək vəzifələrə təyin etmişdi. Ayaz Mütəllibov isə prezident olan kimi Heydər Əliyevin kadrı olmasını danmışdı. Mən o vaxtlar Heydər Əliyevlə gün ərzində 3-4 dəfə danışırdım. Bu isə çoxlarını narahat edirdi. Çünki məntiqlə, əslində, Mütəllibovun tərəfində olmalı idim. Amma mən Heydər Əliyevlə münasibətdə özümü müstəqil aparırdım. Ayazın əsas tələbi o idi ki, Heydər Əliyevlə ünsiyyət saxlamaq lazım deyil. Hətta bu məqsədlə mən Heydər Əliyevlə danışdığım xüsusi telefon xəttini də kəsdirmişdi. Bunu bilən kimi mən dərhal Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə zəng vurub telefonu açdırmışdım. Heydər Əliyev tərəfindən ancaq yaxşılıq gördüyümə görə özümü ona borclu sayıram. O vaxt Ramiz Mehdiyev Akademiyada sıravi işdə işləyirdi. Bir gün mənə zəng vurub yanıma gəlmək istədiyini dedi. Onu qəbul etdim. Soruşdum ki, Akademiyada işləri necədir, bir kömək lazımdırmı? Dedi ki, başqa xahişi var: “Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirəm, əgər bir sözün varsa, çatdırım”.

    Dedim ki, Ramiz, mən Heydər Əliyevlə gündə bir neçə dəfə telefonla danışıram, onun sözü olanda mənə deyir, mənim də sözüm olanda ona deyirəm. Onu da bilirəm ki, bu telefon danışıqlarını yazırlar və Ayaza məruzə edirlər. Buna baxmayaraq, Heydər Əliyevlə münasibətimi gizlətmirəm. Ramiz yenə 3-4 dəfə çox təkidlə xahiş etdi ki, Heydər Əliyevə deyəcəyim bir sirr, ya söz varsa, deyim ona Əliyevə çatdırsın. Dedim ki, hər gün Heydər Əliyevlə danışıram, nə sözüm var, deyirəm.

    - Niyə Ramiz Mehdiyev belə təkid edirdi? Nə öyrənmək istəyirdi?

    - Dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, Heydər Əliyev onunla görüşmək istəmirdi, sadəcə, mənim adımdan istifadə edib onunla görüşməyə çalışırdı.

    - Ramiz Mehdiyevin həmin vaxt Heydər Əliyevlə görüşü baş tutdumu?

    - Bilmirəm, heç maraqlanmadım.

    - 90-cı illər gərgin dövr idi, Heydər Əliyevin adı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənirdi. Ramiz Mehdiyev bu şəraitdə nə mövqedə idi?

    - 1992-ci ilin aprel ayında mən Baş nazir vəzifəsindən istefa verib, BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri oldum. Həqiqətən də, Azərbaycanda Heydər Əliyevin rəhbərliyə çağırılması üçün əhali, xüsusilə 91 nəfər ziyalı böyük hərəkat başlatmışdı. Bilindiyi kimi, Ramiz Mehdiyev bu hərəkata qoşulmamış, 91-lərin Müraciətini imzalamamışdı. Yəni o Heydər Əliyevin ona göstərdiyi insani münasibətə və yaxşılıqlara belə cavab vermişdi.

    - Ramiz Mehdiyevin belə münasibəti niyə nəzərə alınmadı?

    - Bu, Heydər Əliyevin böyüklüyündən irəli gəlirdi. Ulu Öndər bəzən adamların bir sıra mənfi keyfiyyətinə dözümlü yanaşır, hətta bəraət qazandırırdı. Məhz bu səbəbdən Ramizin hərəkətlərinin də üstündən keçmişdi. Bildiyiniz kimi, o dövrdə Heydər Əliyev məni Amerikadan qaytarıb xarici işlər naziri təyin etdi. O vaxt xəbər tutdum ki, Ramiz Mehdiyev Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiridir, sonra isə Aparat rəhbəri oldu. Bu məsələdə də mənim rolum vardı, amma nədən ibarət olduğunu demək istəmirəm. Ramiz uzun illər həmin vəzifədə çalışdı. Çox vaxt onu Azərbaycanda “ikinci şəxs” kimi dəyərləndirirdilər. Bir dəfə bir jurnalist məndən soruşdu ki, insanın gücü nədədir? Dedim, bacarıqlı adamdırsa, gücü fəaliyyətindədir, zəif adamdırsa, gücü tutduğu vəzifədədir. Əslində, rəhbərlik sahəsində bacarıqsız olan Ramiz vəzifə hesabına yavaş-yavaş gücünü artırmağa başladı. Bəzən “güclü” ilə “təsir etmək imkanı olan” ifadələrini qarışıq salırlar. Ramiz heç vaxt güclü rəhbər kadr olmayıb, amma vəzifəsi hesabına şəraitə təsir edərək güclü təsəvvürü yaradırdı. İctimaiyyət arasında onu vəzifə hesabına vəziyyətə təsir edən rəhbər işçi kimi dəyərləndirirdilər.

    - Siz xarici işlər naziri olan dövrdə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyevlə birlikdə işləmisiniz. Sizə və XİN-in fəaliyyətinə münasibəti necə idi? Xarici siyasətin istiqamətinə hansı formada, hansı yöndə təsir etməyə çalışırdı? Vəziyyətə təsir etmək gücü artdıqca, Sizinlə münasibətləri necə dəyişirdi?

    - 1998-ci ilə qədər hər zaman ondan üstün vəzifələrdə olmuşam. 2000-ci ildə deputatlıq müddətim bitdi və parlamentə yeni seçkilər elan olunanda Heydər Əliyev zəng edib soruşdu ki, indi planın nədir, deputatlığa namizəd olacaqsan? Dedim, yox, namizədliyimi vermək istəmirəm. Səbəbi ilə maraqlandı. Dedim, elmlə məşğul olub, dissertasiya müdafiə etmək fikrindəyəm. Atam da mənə belə vəsiyyət edib. Heydər Əliyev hansı mövzu üzərində işlədiyimi soruşdu. Dedim, Nəriman Nərimanov haqqında yazıram. Mövzunu çox bəyəndi. Dedi ki, dissertasiyanı bitirəndən sonra bir də məsləhətləşərik. Beləliklə, mən bir çoxunun nəzərində işsiz oldum, Heydər Əliyev isə məsələ nə yerdə olduğunu yaxşı bilirdi.

    Nazir olduğum dövrdə Ramizin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi. Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım.

    - Ramiz Mehdiyevin sizə qısqanc münasibətinin səbəbi nə idi?

    - Dəqiq deyə bilmərəm, yəqin paxıllığımı çəkirdi. Biz 60 yaşı keçmişdik, hətta o məndən daha yaşlıdır. O gördü ki, məndə vəzifə iddiası yoxdur, o isə həmin dövrdə vəzifədən ötrü özünü həlak edirdi. Sadəcə, mənim varlığım ona rahatlıq vermirdi. Özünü şəstlə akademik adlandırırdı. Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı.

    - Ramiz Mehdiyevin Elmlər Akademiyasının prezidenti kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?

    - Ramiz Kommunist Partiyasının ideologiya katibi olanda, əslində, akademiyanın kuratoru idi. Akademiyanı tanımalı, bilməli idi. Amma AMEA prezidenti olanda heç bir elmi məsələni həll etmədi, hətta heç bir aktual elmi problemi müzakirəyə çıxartmadı. Hansısa elmi problemin həllinə nail olsaydı, yəqin yazardı, deyərdi. Ancaq qalmaqallar, intriqalar gündəmə gəlirdi. Nəticədə onlarca alim onun istefasının tələb etdi.

    - Ramiz Mehdiyevlə 60 ildir ki, tanışsınız. Yəqin onun xasiyyətinə müasirlərimizin çoxundan daha yaxşı bələdsiniz. Bu haqda nə deyə bilərsiniz?

    - Ramiz Mehdiyev çox qapalı adamdır. 1983-1988 illərdə o, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi idi. Bu, çox vacib vəzifə idi, çünki bir azərbaycanlı olaraq sovet-marksizm ideologiyası ilə milli ideologiya arasında seçim etməli idi. Tam məsuliyyətlə deyirəm, Heydər Əliyev milliyönümlü kommunist idi. Çünki beynəlmiləlçiliklə milli maraq arasında seçim edərək, milli mənliyimizin inkişafında çox iş görüb. Kommunist Partiyası tələb edirdi ki, beynəlmiləlçiyə üstünlük verilsin, Heydər Əliyev isə milli maraqlara üstünlük verirdi. Amma bunu elə ustalıqla edirdi ki, ona heç bir söz deyə bilmirdilər.

    Ramiz Mehdiyev ömründə ilk dəfə AMEA-yada birinci şəxs kimi işlədi. AMEA-nın prezidenti olduğu 2019-2022-ci illər ərzində Akademiyada bir dənə də olsun yeni elmi problem ortaya qoyulmadı. Onun namizədlik dissertasiyası sırf Lenin fəlsəfəsinə, doktorluq dissertasiyası beynəlmiləlçiliyə həsr olunub. Sabir Rüstəmxanlı danışanda eşitdim: Deyir Ramiz Mehdiyev kitabını nəşr üçün təqdim etdi. Yazığımız gəldi, kitabı buraxdıq ki, 3-5 manat qazansın, acından ölməsin. Amma kitabı oxuyanda gördük ki, əsər başdan-başa ölmüş sovet şüarlarından ibarətdir. Hətta 90-cı illərdə də Ramizin doktorluq dissertasiyasında milli heç nə yox idi.

    - Hamıya maraqlıdır ki, Ramiz Mehdiyev bu qədər mənfi keyfiyyətlərinə baxmayaraq, necə yüksələ bildi?

    - Çünki riyakar adamdır. O, əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi.

    - Bəs, niyə ona bu qədər etimad göstərildi?

    - Heydər Əliyev öz mənəviyyatına əsaslanaraq, Ramiz Mehdiyevin “91-lər” sırasında olmamasını, dalınca dediyi sözləri bağışladı, onu YAP-da və Administrasiyada əsas vəzifələrə təyin etdi. İlham Əliyev 20 il Ramiz Mehdiyevlə birgə işlədiyini nəzərə alıb etimad göstərib. Amma Ramiz bütün bunlara öz qərəzli mənəviyyatına əsaslanaraq cavab verdi. Heydər Əliyev bir dəfə mənə demişdi ki, Həsən, mən bir adamı vəzifəyə təyin edəndə özümü onun taleyinə şərik sayıram. İndi bu keyfiyyətə beynəlxalq aləmdə “empatiya” deyirlər. İnsanda empatiya yoxdursa, o, rəhbər ola bilməz. İstər Heydər Əliyev, istər də İlham Əliyevdə bu keyfiyyət çox güclüdür. Ramiz isə bunun qarşılığında qərəzli addımlar atdı.

    - Ramiz Mehdiyevin ev dustağı olması və ətrafında baş verən proseslərə münasibətiniz necədir?

    - Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi.


    Oxunub: 53
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.