ABŞ-dən deport edilən miqrantların sayı - İlin sonuna qədər rekord qeydə alına bilər
ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışından sonra ölkədən çıxarılan qeyri-qanuni miqrantların sayı rekord həddə çatıb.
Daxili Təhlükəsizlik Departamentinin (DHS) yüksək vəzifəli rəsmisinin "Fox News Digital"-a verdiyi məlumata görə, Tramp administrasiyası yanvar ayından bəri 515 mindən çox qeyri-qanuni miqrantı deportasiya edib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti katibinin köməkçisi Trisia Maklaflin sözlərinə görə, ilin sonuna qədər deportasiya edilənlərin sayı 600 minə çatacağı gözlənilir.Onun sözlərinə görə, ümumilikdə 2 milyondan çox miqrant ABŞ-ı tərk edib. Onlardan 1,6 milyonu könüllü şəkildə, qalanı isə deportasiya olunub. Bundan əlavə, 485 min nəfər də saxlanılıb.Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: