Azərbaycan nümayəndələri Ermənistana gedir
Oktyabrın 21-22-də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzi məlumat yayıb.
Görüşün İrəvanda keçirilməsi nəzərdə tutulub.
Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: