Qənirə Paşayeva komaya düşdü - FOTO

Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Globall.az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Oxunub: 202
Xəbəri paylaş
Paylaş: