COVİD-19-la bağlı dünyanı sevindirən xəbər -
Peyvənd iyuldan başlayır
Dünyanı cənginə alan, misilsiz iqtisadi zərərə səbəb olan koronavirusla bağlı daha bir sevindirici xəbər yayılıb.
Məlumata görə, pandemiyanın qarşısını almaq üçün yeni vaksinin insan üzərində sınaqlarına start verilir. Vaksin ABŞ-da dərman şirkətlərindən biri olan "Moderna" Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) işbirliyinin məhsuludur. "mRNA-1273" adlanadırılan iynənin üçüncü mərhələ kliniki sınaqlarına start verilir.
Sınaqlar 30 min könüllü üzərində aparılacaq. Hər kəsə 0,1 miliqram həcmində iynə vurulacaq. Əgər nəticələr uğurlu olarsa bu COVİD-19-a qarşı peyvənd kimi istifadə olunacaq.
"mRNA-1273"ün sınağı iyulun 1-dən başlayır.
Xatırladaq ki, artıq koronavirus dünyada 7 milyon 630 nəfərə yoluxub. Virus 425 minə yaxın can alıb.