Qarabağı tərk edən ermənilərin sayı açıqlandı - YENİLƏNİB

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.
Globall.az Qərar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.
--------07:17
Azərbaycan vətəndaşlığını qəbul etməyərək ölkəmizi tərk edən Qarabağdakı ermənilərin sayı gecə saatlarında daha 500 nəfərədək artıb.
Globall.az musavat.com-a istinadən bildirir ki, məlumata görə, saat 00.00-da Qarabağdan Ermənistan ərazisinə daxil olanların sayı 1510-a çatıb. Bu məlumatı Ermənistan hökuməti təsdiqləyib.
Qeyd edək ki, bu 24 sentyabrda Qarabağı tərk edənlərin sayıdır
Oxunub: 107
Xəbəri paylaş
Paylaş:




















