Yeni 5 qəpiklik metal pul nişanları tədavülə buraxıldı

Globall.az bu barədə AMB-yə istinadən xəbər verir.Qeyd edilib ki, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.
Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Oxunub: 106
Xəbəri paylaş
Paylaş: