2 hərbçimizin həlak olması ilə bağlı cinayət işi açıldı

Globall.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilmişdir.
Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allahdan şəhidlərimizə rəhmət, hərbçimizə şəfa diləyirik.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: