İranın milyardlarla dollar vəsatini biokladılar - Hökumət ayağa qalxdı
Cənubi Koreya ABŞ-ın tətbiq etdiyi maliyyə sanksiyaları çərçivəsində İranın milyardlarla dollar vəsaitini bloklayıb.
İran Prezidenti Həsən Ruhani Cənubi Koreyanın İran Mərkəzi Bankına aid qaynaqların ərzaq və dərmanların alınması üçün istifadəsinə icazə verməməsinin qəbuledilməz olduğunu deyib.
İran Prezidenti Həsən Ruhani Cənubi Koreyanın İran Mərkəzi Bankına aid qaynaqların ərzaq və dərmanların alınması üçün istifadəsinə icazə verməməsinin qəbuledilməz olduğunu deyib.
İranın ehtiyatlarının geri qaytarılması üçün Mərkəzi Banka beynəlxalq qurumlar nəzdində təşəbbüs göstərmək təlimatı verən Ruhani Cənubi Koreya hökumətinin ən qısa müddətdə bloku ləğv edəcəklərini gözlədiyini dilə gətirib.
Qeyd edək ki, rəsmi Vaşinqton 7 avqust 2018-ci ildən etibarən İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiya tətbiq etməyə başlayıb. Bu siyahıya daha sonra Mərkəzi Bank da əlavə olunub.
Cənubi Koreya ABŞ-ın Tehrana qarşı sanksiyaları səbəbilə bu ölkədən neft idxalını dayandırıb.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: