Antiterror tədbirləri zamanı həlak olan mülki şəxs - FOTO

Məlumata görə, Silahlı Qüvvələrimizin 192 hərbi qulluqçusu şəhid olub. Həmçinin, şəhid olanlardan bir nəfəri mülki şəxsdir.
Globall.az oxu.az-a istinadən bildirir ki, həmin şəxs Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində şəhid olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Aydın oğlu Fərhadovdur.
Vidadi Fərhadov sentyabrın 20-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: