Kütləvi köçdən sonra Ermənistanda kirayə mənzil qiyməti pik həddə - FOTO

Bahalaşma yerli ermənilərin situasiyadan maksimum bəhrələnmək istəyi ilə bağlıdır.
Dövlət qurumların, ictimai və qeyri-hökumət təşkilatlarının, siyasətçilərin, ictimai xadimlərin və s. çağırışlarına rəğmən, yerli ermənilər kirayəyə verdikləri evlərlə mənzillərin qiymətlərini qarabağlı ermənilər üçün aşağı salmaq əvəzinə, daha da artırırlar.
Globall.az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri başa çatan kimi Ermənistanın istisnasız olaraq, bütün şəhərlərində və rayon mərkəzlərində kirayə verilən evlərlə mənzillərin qiymətində bahalaşma başlanıb.Qiymət artımı Azərbaycanla şərti dövlət sərhədiən yaxın bölgələrdə və paytaxt İrəvanda daha sürətlidir.
Məsələn, hazırda İrəvanın mərkəzi sayılmayan Şengavit rayonunda birotaqlı adi, orta təmirli, minimal sayda məişət əşyalı və mebelli mənzilin bir aylıq kirayə qiyməti 190 min drama, yəni təqribən 490 ABŞ dollarına çatıb.
Halbuki, cəmi bir ay əvvəl elə həmin səmtdə belə mənzilin aylıq kirayəsi 150 dollardan artıq deyildi.
Qiymət artımı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra RF vətəndaşlarının səfərbərliklən yayınmaq üçün Ermənistana axın etməsi ilə başlamışdı.
İndisə qiymət artımı daha da sürətlənib.

Oxunub: 91
Xəbəri paylaş
Paylaş: