Pandemiya yenidən qayıda bilər? - Professordan açıqlama

Globall.az xəbər verir ki. bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor bildirib ki, buna baxmayaraq, COVİD-19 pandemiyasını törədən virus tamamilə sıradan çıxmayıb:"Onun Omikron ştammının mutasiya variantları davam edir və bu variantlar müxtəlif şəkildə özlərini göstərir. Virusun yoluxuculuğu xeyli yüksəlib, lakin onun öldürücülük qabiliyyəti aşağı düşüb. Əlbəttə, bu, bir müddət davam edəcək və nəticədə virus tamamilə yoxa çıxacaq. Digər variantda isə insanlarda hər il soyuqdəymə törədən adi viruslardan birinə çevrilə bilər. Nə qədər ki, virus tamamilə yoxa çıxmayıb, insanlar karantin qaydalarına əməl etməlidirlər. Artıq insanlar bunu pandemiya təcrübəsindən bilirlər".
Adil Qeybulla qeyd edib ki, payız vaxtı xəstəliklərin çəkisi artır:
"Bu dövrdə təmiz havada gəzmək, idmanla məşğul olmaq, vitaminli qidalar qəbul etmək, fiziki aktivliyi artırmaq məqəsədəuyğundur".
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: