Qənirə Paşayeva Milli Məclisdə yad edildi

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib.
Globall.az Qərar.az-a istinadən xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda bildirib ki, iyulun 14-də deputat Madər Musayev dünyasını dəyişib."Həmçinin sentyabrın 28-də parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da haqq dünyasına qovuşub. Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib", - deyə S.Qafarova deyib.
Daha sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: