Fransada irqçiliyə qarşı nümayişlər -
FOTO
Fransada irqçilik və polis zorakılığına qarşı etiraz nümayişləri keçirilib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, koronavirus epidemiyasına görə 10 nəfərdən çox insanın toplaşması rəsmi olaraq qadağan edilsə də, Fransa Daxili İşlər Nazirliyi bu mövzu ilə bağlı ümumdünya emosiyasını nəzərə alaraq nümayişə icazə verib.
Nümayişdən əvvəl paytaxt prefekturası nümayişin keçiriləcəyi küçələrdə ticarət obyektlərinin bağlı olmasını tövsiyə edib. Parisdə 15 min nümayişçi Respublika Meydanına toplaşıb. Polis nümayişçilərin Opera istiqamətində irəliləməsinə mane olub. Nümayiş zamanı 26 nəfər saxlanılıb, onlardan 12-si ifrat-sağçıdır.
Nümayişə mane olmağa cəhd edən ifrat-sağçılar üzərində “Ağlara qarşı rasizmin qurbanlarına ədalət” yazılan böyük banderolu meydandanın ətrafındakı çox mərtəbəli binadan asıblar.
Bordo, Lion, Nant, Nansi, Metz, Bözanson kimi digər şəhərlərdə də nümayişlər keçirilib.