Bu, Ermənistanın hərbi cinayətkar olmasının sübutudur

Globall.az Qərar.az-a istinadən bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqla beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına zidd hərəkətlər etdi, müharibə cinayətlərinə əl atdı.
44 günlük müharibə zamanı erməni tərəfi şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutdu, dinc, mülki şəxslər hədəfə aldı. Müharibə zamanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində uşaq və qadınlarla birlikdə 100-ə yaxın dinc insan həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 5000-dən çox ev dağıdılıbDüşmənin xain hücumlarından ən böyük ziyan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə dəyib. Ümumilikdə İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.
O qeyd edib ki, bütün bunlarda məqsəd Azərbaycan xalqının iradəsini, qələbə əzmini sındırmaq idi. "Lakin düşmənin bu cür qorxaq davranışları tamamilə əks effect verdi, nəyini xalqımız qorxdu, əksinə mübarizə əzmi daha da artdı, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi daha sıx birləşərək mənfur düşməni diz çökdürməklə kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyan ötən gecə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: