Rusiya Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir
Rusiya Federasiyası Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir.
Globall.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
“Moskva gözləyir ki, İrəvan Rusiya-Ermənistan tərəfdaşlığının əhəmiyyətini adekvat qiymətləndirəcək”, o əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Qərar Ermənistan parlamentində müzakirə edilərək qəbul edilib.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: