Kadırov Putinə “Kadırov ordeni” verdi
Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın ən yüksək mükafatı - "Kadırov ordeni" ilə təltif edilib.
Globall.az bildirir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Çeçenistan Respublikasının ən yüksək mükafatı - bir nömrəli Əhməd Hacı Kadırov adına ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə verildi", - Kadırov Teleqram kanalında yazıb.
O, 2007-ci ildə sərəncamı imzalandığını, lakin "Cümhuriyyətin bərpasında əvəzsiz xidmətləri olan" və "ən çətin dövrdə xalqa dəstək olan" şəxsə mükafatın verilməsi üçün heç bir münasib fürsət olmadığını deyib.
O qeyd edib ki, mükafat bütün region sakinlərinin minnətdarlığıdır.
Oxunub: 87
Xəbəri paylaş
Paylaş: