Əhaliyə pensiya və maaşlarla bağlı şad xəbər - Yanvarın 1-dən..
Gələn ilin ilk aylarından minimum əməkhaqqı və pensiya məbləğlərinə dəyişiklik ediləcəyi proqnozlaşdırılır.
Globall.az xəbər verir ki, bunu xəzər tv-yə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, müavinət və təqaüdlərin artırılacağına dair sosial paketin açıqlanması ehtimalı da yüksəkdir.
"Gözlənilir ki, 2024-cü ilin əvvəlindən bu göstəriciyə dəyişiklik ediləcək. Minimum əməkhaqqı təxminən 10 faiz - 400 manata qədər artırıla bilər".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, 2024-cü ilin yanvarında pensiyalar və əməkhaqqlarında artımlar olacaq.
Oxunub: 110
Xəbəri paylaş
Paylaş: