Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • AZƏRBAYCANIN BÖLÜNMƏSİNDƏN 208 İL KEÇİR - Bədnam müqavilənin bağlandığı gündür /VİDEO
  • Faşist Limonov öldü - Gülüstan kəndinə tamaşa edib “Qarabağ Rusiyanındır” deyirdi
  • "Kürəkçay müqaviləsində ermənilər haqda bir kəlmə də yoxdur"- "Onlar məqsədyönlü şəkildə Qarabağa yerləşdirildi"
  • “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il ötür
  • “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
  • Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür

    • Tarix: 12-10-2023, 15:08

    Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan xalqı tarixinin "yeni mərhələ"sinə qədəm qoydu.

    Azərbaycan xalqının tarixində ağrılı səhifə olan Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür. Məlum olduğu kimi bu müqavilə 1813-cü il oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsində yerləmiş Gülüstan kəndində Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanıb. Müqavilənin imzalanması ilə tarixi Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya işğalı altına düşməsi rəsmiləşdirilmiş oldu. Bu müqavilə XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan ərazilərini işğal etmək istiqamətində apardığı siyasətin birinci mərhələsini tamamlamış oldu. Belə bir siyasətin icrasına əslində hələ XVIII əsrin birinci rübündə başlanıb. Lakin Rusiya imperializmi öz məqsədinə XIX əsrin əvvəllərində nail oldu və Gülüstan müqaviləsinin imzalanması ilə öz sərhədlərini cənubda Araz çayına qədər genişləndirə bildi.

    Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanovun "Gülüstan müqaviləsi - 210" adı araşdırma məqaləsində yer alıb.

    Globall.az  AZƏRTAC -a istinadən məqaləni təqdim edir.

    XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Rusiya Avropanın hərbi baxımdan güclü dövlətlərindən biri olsa da, Azərbaycan ərazisində mövcud mürəkkəb hərbi-siyasi şərait də bu dövlətin işğalçılığına münasib zəmin yaratdı. Belə ki, Nadir şah Əfşarın qətlindən sonra Azərbaycan ərazisində meydana gəlmiş xanlıqlar müstəqil dövlətlər olsalar da, onların ayrı-ayrılıqda Rusiya kimi böyük dövlətin hərbi gücü qarşısında dayanmaq imkanı yox idi. İşğal təhlükəsinin qarşısının alınması üçün xanlıqlar arasında vahid cəbhənin yaradılmaması, mövcud bütün imkanların vahid məqsəd ətrafında səfərbər edilməməsi təəssüf ki, son nəticədə Azərbaycan ərazilərinin işğal altına düşməsinə yol açdı. Lakin bu heç də o demək deyil ki, Azərbaycan ərazisində Rusiya işğalına qarşı mübarizə aparılmadı. Bu işğal 1803-cü ildə Car-Balakənin ələ keçirilməsi ilə başladı. Car-Balakən camaatı general P.D Sisianov tərəfindən komandanlıq edilən rus ordusuna çox ciddi müqavimət göstərsələr də işğalın qarşısını almaq mümkün olmadı. Kütləvi qırğınlara yol verməmək üçün Car-Balakən camaatının böyükləri rus qoşunları komandanını şərtlərini qəbul etməyə və 1803-cü il aprelin 12-də Sisianovla 10 maddəlik anlaşma imzalamağa məcbur oldular. Həmin anlaşmaya görə Car-Balakən Rusiya hakimiyyəti altına düşürdü.

    İşğalın ilk nəticəsindən ilhamlanan rus qoşunları komandanlığı 1803-cü ilin sonunda Gəncə xanlığı üzərinə də qoşun çəkdi. Gəncə xanı Cavad xanın rəhbərliyi ilə xanlıq qoşunları və əhalisi rus işğalına qarşı tarixdə iz qoyacaq mübarizəyə qatıldılar. Cavad xan da, onun ailə üzvləri də əllərində silah bu mübarizəyə atıldılar. Xanlığın Rusiya işğalı altına düşməsinə yol verməmək üçün Cavad xan tarixi qəhrəmanlıq nümunəsi göstərdi. Məlumdur ki, Gəncə üzərinə hücumdan əvvəl general P.Sisianov Cavad xana məktub göndərərək xanlığı təslim etməyə çağırdı. Cavad xan isə ona çox qətiyyətli cavab verdi və bildirdi ki, onu qala divarları üzərinə ölmüş tapmaq olar, lakin o, xanlığı təslim etməyə razı olmaz. 1804-cü il yanvarın 3-də başlanan döyüşdə Cavad xan da, onun oğlu da qalanın müdafiəsi zamanı həyatlarını itirdilər. Mövcud olan məlumatlara görə, Cavad xanın həyat yoldaşı Böyükxanım da qala bürclərinin birində rus qoşunlarına qarşı döyüşürdü. Cavad xan və oğlu şəhid olandan sonra Böyükxanım onların nəşlərini qala divarları üzərindən endirərək saraya gətirdi. Yanvarın 5-də isə Cavad xan şəhərdəki Şah Abbas məscidinin yanında dəfn olundu.

    Gəncə kimi böyük şəhərin ələ keçirilməsi P.Sisianovda Azərbaycan xanlıqlarına divan tutmaq ehtirasını daha da artırdı. Onun işğalçılıq planının növbəti səhifəsi İrəvan xanlığı oldu. Bu xanlıq kifayət qədər əlverişli mövqeyə malik idi və onun işğalı rus qoşunlarının Osmanlı və Qacarlar İranı sərhədinə çıxması demək idi. 1804-cü il iyulun ilk günlərində bölgənin ən güclü qalalarından biri olan İrəvan qalası mühasirəyə alındı və sentyabrın ortalarına kimi bu qala mühasirədə saxlandı. P.Sisianov burada gözləmədiyi halda çox böyük müqavimətlə qarşılaşdı. İrəvan xanlığının qoşunlarının şücaəti, dönməzliyi qarşısında çarəsiz duruma düşən P.Sisianov çox böyük sayda itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. Özünün yazdığı kimi İrəvan qalası ətrafında P.Sisianov həyatının ən böyük məğlubiyyəti ilə qarşılaşdı və mühasirə etdiyi qalanı fəth edə bilmədən geri qaçmağın biabırçılığını öz üzərinə götürməli oldu. Lakin bu uğursuzluq P.Sisianovu daha da quduzlaşdırdı və o, Azərbaycan xanlıqlarının işğalından heç də geri çəkilmədi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xanla Kürəkçay müqaviləsi imzalandı və müqaviləyə əsasən Qarabağ xanlığı Rusiyanın işğalı altına düşdü. Məlumdur ki, hazırda xeyli sayda erməni ideoloqları Kürəkçay müqaviləsinə əsasən Qarabağ ermənilərinin Rusiyaya birləşmələri haqqında tarixi həqiqətdən uzaq olan şayiələr yayırlar. Qeyd edilməlidir ki, bu müqavilədə ermənilərlə bağlı hər hansı xatırlama yoxdur və bütünlükdə, xanlıqlar dövründə ermənilərin Azərbaycan xanlıqlarının həyatında hər hansı ictimai-siyasi rolu yox idi ki, onlar haqqında Rusiya ilə imzalanmış sənədlərdə də xatırlama olsun.

    1805-ci il mayın 21-də Şəki xanı Səlim xan da Kürəkçay yaxınlığında P.Sisianovla müqavilə imzalamaq və Rusiya hakimiyyətini qəbul etmək məcburiyyətində qaldı. Bu müqavilə məzmun etibarilə İbrahimxəlil xanla imzalanan müqavilənin oxşarı idi. Müqaviləyə əsasən, həm Qarabağda, həm Şəkidə xanlıqlar saxlansa da, onlar artıq Rusiyanın ərazisində mövcud olmalı idilər. 1805-ci il dekabrın 25-də Şamaxı xanı Mustafa xan da P.Sisianovun tələb etdiyi müqaviləni imzalamaq məcburiyyətində qaldı. Mustafa xan ayrıca olaraq Rusiyaya sədaqət andı qəbul etməyə də məcbur edildi. İmzalanan bu müqavilələr tarixi məcburiyyət səbəbindən imzalanmış sənədlər idi və onların imzalanması heç də istər xanların, istərsə də xanlıq əhalisinin Rusiya işğalı ilə barışması demək deyildi. Elə buna görə idi ki, həmin xanlıqlar ərazisində Rusiya işğalına qarşı fəal müqavimət hərəkatı mövcud idi. General P.Sisianov da bu xalq qəzəbinin qurbanı oldu. Belə ki, 1806-cı il fevralın əvvəllərində P.Sisianov öz qoşunu ilə Bakı qalasına yaxınlaşdı və Bakı xanı Hüseynqulu xana təslim olması barədə ultimatum göndərdi. Bakı qalasının divarları yaxınlığında onlar arasında müzakirələr aparıldığı vaxt Bakı xanının qohumlarından olan İbrahim bəy irəli atılaraq güllə ilə P.Sisianovu vurdu və sonra da ani bir zaman içində onun başını bədənindən ayıraraq qala divarları arxasında yox oldu. Məlum olduğu kimi, sonradan P.Sisianovun başı Təbrizə, Qacar şahının vəliəhdi Abbas Mirzəyə göndərildi.

    P.Sisianovun qətlə yetirilməsi də Rusiyanın bölgədəki işğalçılıq siyasətinə son qoymadı. Əksinə, əlavə qüvvələr cəlb edilməklə bu işğalın genişləndirilməsi üçün məqsədyönlü addımlar atıldı. Bunun nəticəsində Bakı xanlığı da, sonradan Quba və Lənkəran xanlıqları da Rusiyanın işğalı altına düşdü. Bu işğalların rəsmiləşdirilməsi üçün 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Rusiyanın Cənubi Qafqazdakı qoşunlarının baş komandanı general Rtişşevlə Qacar sarayının təmsilçisi Mirzə Əbülhəsən xan arasında tarixdə Gülüstan müqaviləsi kimi tanınan sənəd imzalandı. Həmin müqavilə giriş və 11 maddədən ibarətdir. Müqavilənin orijinalı rus dilində hazırlanmış və sonra fars dilinə tərcümə olunmuşdu. Burada diqqət yetirilməli olan məqamlardan biri odur ki, müqavilə mətninin rus dilində olan orijinalında heç yerdə "İran" sözü işlədilməmişdir. Müqavilənin tərəfi kimi "Persiya"nın adı çəkilir. Müqavilənin əsasını onun ikinci və üçüncü maddələri təşkil edir. Belə ki, həmin maddələrdə hansı xanlıqların və ərazilərin Rusiyanın işğalı altına düşməsi və iki dövlət arasında sərhəd xəttinin haradan keçməsi təsbit olunmuşdu. Azərbaycan xanlıqlarının işğalını təsdiqləyən 3-cü maddə belədir: "Şah həzrətləri özünün əlahəzrət Ümumrusiya imperatoruna səmimi dostluğunun sübutu üçün öz adından və İran taxt-tacının ali varisləri adından bu xanlıqların Rusiya imperiyasının mülkiyyətində olduğunu qəbul edir: Qarabağ və hazırda Yelizavetpol adlanan vilayətə çevrilmiş Gəncə xanlığı. Habelə Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlığının Rusiya imperiyasının hakimiyyəti altında olan torpaqları. Sonra bütün Dağıstan, Gürcüstan, Şoragöl mahalı, İmeretiya, Quriya, Minqreliya və Abxaziya, eyni zamanda müəyyənləşdirilmiş sərhəd xətti ilə Qafqaz xətti arasında, bu sonuncu ilə Xəzər dənizi kənarındakı torpaqlar və xalqlar".

    Yəni İrəvan və Naxçıvan xanlıqlarından başqa Şimali Azərbaycanın digər əraziləri Rusiya işğalı altına düşdü. Gülüstan müqaviləsinin imzalanması ilə hüquqi status alan bu işğal Azərbaycan xalqının parçalanmasına yol açdı, bu işğal özü ilə yerli əhaliyə talanlar, dağıntılar, milli sıxıntılar, fərqli yaşayış normaları gətirirdi. Bunu isə xalq kütlələri qəbul etmədi. İşğala qarşı ümumxalq iradəsi formalaşdı və tezliklə bu iradə ruslara qarşı barışmaz mübarizəyə çevrildi. Bu üsyanların yerli xanların ətrafında baş verməsi onu göstərdi ki, xalq kütlələri öz milli hakimiyyətləri daxilində yaşamağa üstünlük verirlər. Lakin dağınıqlıq, lazımi hərbi potensialın olmaması səbəbindən bu üsyanlar gözlənilən nəticəni vermədi və Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan xalqı tarixinin "yeni mərhələ"sinə qədəm qoydu.


    Oxunub: 118
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.