Maaş gecikdiyi üçün
MƏŞQƏ ÇIXMADILAR
Futbol üzrə I Liqada çıxış edən "İrəvan" futbol klubunun oyunçuları ötən gün məşqə çıxmayıblar. Globall.az oxu.az-a istinadən xəbər verir ki, oyunçular üç aydır, maaşlarını ala bilmədikləri üçün bu addımı atıblar. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar zəruri idman ləvazimatları, o cümlədən idman geyimləri, həmçinin tibbi ləvazimatlarla təmin edilməyiblər. Oyunçular maaşları ödənilmədiyi təqdirdə məşqləri "boykot" etməyə davam edəcəklər. Onlar, həmçinin, oktyabrın 18-də "İmişli" ilə səfər oyununda meydana çıxmaqdan da imtina etmək niyyətindədirlər. Qeyd edək ki, mövsümün əvvəlində komandaya güclü maliyyə dəstəyi ayrılacağı bildirilmişdi. Hazırda "İrəvan" l Liqanın turnir cədvəlində 10 xalla vahid liderdir.