Bu ölkədə öldürücü isti hava qeydə alındı
Bu gün İranın Xuzistan əyalətinin Omidiyyə şəhəri 51° temperaturla son 24 saat ərzində planetin ən isti yerinə çevrilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Dünyanın ən isti 15 bölgəsi arasında İranın daha üç şəhəri - Abadan, Əhvaz və Dezful da yer alıb.
Bu, ölkənin cənub-qərb bölgələrinin ekstremal istilərə məruz qaldığını göstərir.
Qeyd olunur ki, uzunmüddətli isti hava şəraiti əhalinin sağlamlığı, su və elektrik enerjisi təchizatı, eləcə də gündəlik fəaliyyətlər üçün ciddi risk yaradır. Rəsmilər sakinlərə günün ən isti saatlarında açıq havada olmamağı və lazımsız fiziki fəaliyyətdən çəkinməyi tövsiyə edirlər.
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: