İmamoğlu olmazsa, mən də namizəd deyiləm - Özel
CHP-nin sədri Özgür Özel bir televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib. Özgür Özel, Əkrəm İmamoğlunun namizəd ola bilmədiyi ssenari ilə bağlı verilən sualı cavablandırıb
Press-fakt xəbər verir ki, Özgür Özel, İmamoğlunun namizəd ola bilmədiyi ssenaridə özünün də namizəd olmayacağını bildirib:
“Mən deyiləm. Seçki axşamı, hakimiyyəti dəyişən partiyanın sədri olaraq təşəkkür çıxışı etmək istəyirəm, başqa heç bir hesabım yoxdur.
"Ən doğru namizədi müəyyən edərik" deyəndə dərhal deyirlər ki, ‘Deməli özü namizəd olacaq…’ Bütün üzvlərlə birlikdə namizədi müəyyənləşdirdik, əgər o namizəd ola bilməzsə, səslə, gurultu ilə kim edəcəksə, onu edərik. Cinsiyyət məhdudiyyəti də yoxdur.”
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: