İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir
ABŞ-la danışıqlardan əvvəl Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir.
Bunu İranın xarici işlər naziri Abbas Araqçı “Financial Times”-a müsahibəsində deyib.
“Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir? Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”- İran XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib./apa
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: