Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 8 nəfər öldü, 124 yaralı var - Yeniləndi - Video/Foto

Kiyevdə Rusiya ordusunun gecə hücumu nəticəsində 124 nəfər xəsarət alıb, 8 nəfər isə həlak olub.
Bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, yaralılar lazımi tibbi yardım alır və xilasetmə işləri davam edir.
***
Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 88 nəfərə çatıb.
Bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, 46 nəfər xəstəxanaya yerləşdirilib və xəsarət alanlar arasında 10 azyaşlı da var.
***
İyulun 31-nə keçən gecə Rusiya ordusunun Kiyevə hücumu zamanı azı 1 nəfər ölüb, 43 sakin xəsarət alıb.
Bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, yaralılardan 26-sı paytaxtın tibb müəssisələrinə yerləşdirilib.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, meyiti dağıntılar altından çıxarılıb.
Xəsarət alanlar arasında polis əməkdaşları, uşaqlar və qadınlar da var. Dağıntılar altından iki yaralı xilas edilib.
***
İyulun 31-nə keçən gecə Rusiya ordusu pilotsuz uçan təyyarələrlə Kiyevə yenidən hücum edib.
Ukrayna mətbuatı xəbər verir ki, paytaxtda partlayış səsləri eşidilib, dağıntılar və xəsarət alanlar var.
Çoxmərtəbəli binalardan birinin həyətində bir neçə avtomobil külə dönüb. Kiyevdəki ali təhsil müəssisələrindən birinə də zərbələr endirilib.
Məlumata görə, Kiyevdə ən azı 8 nəfər xəsarət alıb. Yaralananlar arasında qadınlar və uşaqlar da var./teleqraf