Ukraynadan Çasov Yarla bağlı açıqlama: Şəhər işğal edilməyib
Rusiya ordusunun Donetsk vilayətinin Çasov Yar şəhərini ələ keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xortitsiya” qrupunun rəhbəri Viktor Trequbov açıqlama verib.
Onun sözlərinə görə, Çasov Yardakı vəziyyət əvvəlki kimidir və şəhər Ukraynanın nəzarətində qalır.
“Ruslar sadəcə olaraq məqsədli şəkildə yalan məlumat yayırlar ki, bu informasiyalar azı təkzib formasında da olsa, mediada yer alsın”, – Trequbov bildirib.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: