Dünyada yoluxma yeni vüsət alır:
"Nəzarətə götürülməsə ikinci dalğayla üz-üzə qalacağıq"
Bu sözləri çinli epidemioloq Zeng Gu-anq deyib. Onun sözlərinə görə, yeni yayılan virus əvvəlki növ virusa bənzəmir.
Rusiyanın paytaxtı Moskvada bir gündə 1477 nəfər koronavirusa yoluxub, ölü sayı 53 nəfər artıb.
Hindistanda son sutkada 11929 yoluxma, 311 ölüm olub.
Braziliyda son 24 saatda koronavirusdan ölənlərin sayı 1009-a çatıb, bununla ölkədə virusdan ölüm faktı 42837-yə yüksəlib. Bu ölkə Cənubi Amerikada koronavirusa yoluxma və ondan ölümün statistikasına görə liderdir.
Ötən gün Türkiyədə koronavirusa yoluxanların sayı ölənlərin sayını üstələyib - 1562 yoxumaya qarşı 1330 sağalma. 15 nəfər isə virsudan dünyasını dəyişib.
Misirdə bir gündə 62 nəfərin koronadan ölməsiylə virusdan can itkisi yeni rekord vurub.