Fransa Türkiyəyə qarşı:
"NATO-dan istifadə edir, imkan verməyəcəyik"
Fransa Prezidenti Emmanuel Makronun ofisi belə bir bəyanatla çıxış edib.
Yelisey sarayından verilən açıqlamada qeyd edilib ki, Liviya sahillərində 7 gəmi yerləşirən Türkiyə Avropa İttiqaqının bu ölkə ilə bağlı silah sanksiyasını faktiki pozur: “Türiyənin Liviyaya müdaxiləsi qəbuledilməzdir və rəğbət doğura bilməz”.
Türkiyənin NATO-dan faydalandığını iddia edən Fransa prezidentinin ofisi bəyan edib ki, ölkəsi buna imkan verə bilməz: “Bu məsələyə dair NATO üzvləri ilə görüşlər keçirəcəyik”.
Hələ bir müddət əvvəl Makron “The Economist” jurnalına müsahibəsində bəyan etmişdi ki, NATO üzvü olan Türkiyə Fransa maraqlarının müzakirə mövzusu olan bölgədə koordinasiyasız aqressiv tədbirlər həyata keçirir.