Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Baloğlan Əşrəfov vəfat edib - koronavirusa yoluxmuşdu
  • Havada toz dumanı həftə sonunadək davam edəcək
  • Bakıda tozun miqdarı normadan 10 faiz çoxdur
  • ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur
  • Bakı və Abşeronda toz dumanı - həftənin sonuna qədər davam edəcək
  • Lenin və Kirovun heykəllərinin əridildiyi, Babəkin "qolları"nın saxlanıldığı yerdən - FOTO

    • Tarix: 17-10-2023, 10:05

    Bir müddət öncə Babəkin abidəsi haqqında araşdırma yazısı yazanda Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən İstehsalat Yaradıcılıq Kombinatının rəisi Baloğlan Hüseynovla telefon danışığımız olmuşdu.

    O zaman abidənin hazır olan hissəsini çəkmək istəsək də, Baloğlan müəllim: "Hamısı toz-torpağın altındadır, - cavabını vermişdi, - mənası yoxdur". Elə kombinata girər-girməz abidənin modelinin tozun-torpağın arasından boy göstərməsi ilə Baloğlan müəllimin eyni fikri yenə də olduğu kimi təkrar eləməsi bir oldu: "Hamısı toz-torpağın altındadır".

    Globall.az  APA-ya istinadən bildirir ki, bura Bakıda gördüyümüz heykəllərin 90 faizinin hazırlandığı yerdir - İstehsalat Yaradıcılıq Kombinatı. Adında əzəmət var, elə gördüyü işdə də: zarafat gəlməsin, Bakı boyda şəhərdən danışırıq, saysız-hesabsız abidədən danışırıq.

    Kombinatın səliqəsiz görkəmi əvvəlcə adamda neqativ duyğular yaratsa da, içəri girdikcə, hazırlanmış və hazırlanmaqda olan abidələrin eskizlərini, modellərini, işçilərin dər-dəmirin nazı ilə oynamağını gördükcə adam bütün neqativliyi unudur.

    Burada adamlar yox, daş-dəmir danışır. Bu, mübaliğə deyil, həqiqətən də, kombinatda olduğumuz müddətdə, demək olar ki, insan səsi eşitmədik. Ancaq dəmir səsi, ancaq dəmir əridən ocağın səsi, ancaq dəmir kəsən aparatın səsi...

    Bizi həyətdə kombinatın mühafizə xidməti qarşılayır.

    - Baloğlan müəllimlə danışmışam, çəkiliş edəcəyik, - fikrimi tamamlayan kimi uzaqdan, cansız heykəllərdən can uman uçuq-sökük tikililərin yanından kiminsə iti addımlarla bizə sarı gəldiyini görürəm. Bu bizim onunla ilk görüşümüzdür. Sözün düzü, Baloğlan müəllimin heç şəklinə də rast gəlməmişəm. Amma çəkiliş heyətini görər-görməz bizə sarı gəlməsi, canfəşanlığı özünü ifşa elədi - və Baloğlan müəllimin xahişi ilə reportajda onun şəklini görməyəcəksiniz. Yəni Baloğlan müəllimi görmək istəyən birbaş kombinata üz tutmalıdır. Bu da onun istəyidir. Bu qədər daşa can verən adam sirri-xuda qalmaqdan məmnundur.

    - Niyə şəklinizi çəkməyə qoymursunuz? - sualına isə sadə bir cavabı var: "xoşum gəlmir".

    - Xoş gəlmisiniz, - deyib bizi kombinatın içərisinə dəvət edir.

    İlk baxışdan hərbi hissəni xatırladan kombinatın həyətində yan-yana bir neçə uçuq-sökük tikili var. Zamanında hərəsinin öz işi olduğu kimi, bu günə görə isə hərəsinin öz xatirəsi, öz tarixi var. Amma bizi əsas maraqlandıran Bakımızda, eləcədə Azərbaycanın, az qala, dörd bir tərəfində izi və imzası olan kombinatın binasıdır.

    1964-cü ildə təməli qoyulan kombinatda sonradan bir neçə dəfə təmir-bərpa işləri aparılıb. Amma, təəssüf ki, binanın indiki vəziyyəti barədə o qədər də xoş söz demək mümkün deyil. Hələlik isə, işin və keyfiyyətin həmənki olmasını əsas tutub təmir-bərpa qılafında tezliklə kombinat binasının da qayğı görəcəyinə ümid eləməkdən başqa çarəmiz yoxdur.

    İçəri daxil olan kimi qapının ağzında sipər olan Babəkin abidəsinin modeli istər-istəməz adamı özünə cəlb edir. Yaxınlaşdıqca Baloğlan müəllim ətrafdakı heykəl hissəciklərini göstərib deyir ki, bunlar hamısı abidənin bürüncdən tökülmüş hissələridir.

    - Bu, Babəkin qoludur, - küncdə toz-torpağın içərisində itib-batan "əl"i göstərir.

    - Bu hissəciklər gördüyünüz bu model əsasında hazırlanıb. Çoxdan. Amma qalıb yarımçıq. Abidənin müəllifi rəhmətlik Arif Qazıyev idi, onun rəhmətə getməsindən sonra isə, ümumiyyətlə, maraqlanan yoxdur, arabir ailəsi gəlib-gedir, o da ki nəticəsiz, - elə bunu deyə-deyə kombinatın digər hissəsinə keçirik.

    Giriş hissədə daha çox əvvəllər hazırlığı burada aparılan, yaxud yarımçıq qalan abidələr, onların eskizləri, gipsdən tökülmüş hissələr yığılıb. İçəri tərəfdə isə qızğın iş gedir. Bir tərəfdə dəmir kəsənlə dəmir doğrayırlar, bir tərəfdə gürzlə daş parçalayırlar, bir tərəfdə gips qarışdırırlar - kəsəsi, hamı işində-gücündə.

    - Bu da Aşıq Ələsgər, - deyən Baloğlan müəllim kombinatın girişini tutan əzəmətli abidəni bizə göstərir, - mənə deyilən vaxtda təhvil verdim. Tərtəmiz.

    Aşıq Ələsgərin abidəsi üzərində işlər, demək olar ki, bitib. Kombinatın işçiləri son tamamlama işlərini görürlər. Baloğlan müəllim gedə-gedə əlavə edir.

    - İşimiz bitib. İndi işçilər abidənin üzərindəki yazı işi ilə məşğuldurlar. Onları da həll edək, vəssalam, gəlib aparsınlar. Bu gips materialları isə, - əli ilə qapının arxa tərəfində üst-üstə səliqəsiz formada yığılmış parçaları göstərir, - Hacı Zeynalabdin Tağıyevin heykəlindən qalıb. "İçərişəhər"də qoyulub.

    - Onun da təsbehini qırdılar.

    - Hə... - Replikama sanballı bir qarşılıq gözləsəm də, başqa heç nə demir. Mən də söhbəti uzatmıram.

    Baloğlan müəllimdən kombinatdakı fəaliyyəti haqqında soruşuram. Bir qədər duruxur və dərin bir ah çəkir.

    - Oooo, düz 45 ildir... Bu, az rəqəm deyil. Düzü, mənim müsahibə verməklə aram yoxdur. Amma indi day başlamışıqsa, gərək sənlə bir az dərdləşək, - gülə-gülə bizə - fotoqrafımız Orxanla mənə kombinatın içərisində bələdçilik edir.

    - Demək, buranın ikinci mərtəbəsi də var, -ikinci mərtəbəyə uzanan beton pilləkənləri göstərirəm.

    - Hə, var, amma yox kimidir, - istəsəniz, gedin baxın, - deyən Baloğlan müəllim özü də işə qoyulur.

    Pillələrini daş-kəsək parçaları, toz-torpağın basdığı yöndəmsiz pilləkəni çətinliklə, hündürlük qorxumu basa-basa birtəhər qalxıram. İkinci mərtəbədə həyata dair heç bir işartı yoxdur. Dar, işıqsız koridorla irəlilədikcə yarımcan pəncərədən içəri süzülən işıq bizə yol-yoldaşlığı edir. İşığın fonunda kimsəsiz otaqlarda yarımçıq heykəl hissəcikləri, hansısa heykəlin gipsdən tökülmüş variantı, eskizlər, çertyojlar, mişar daşı, qırılmış pəncərə şüşələri gözə dəyir, başqa heç nə.

    Baloğlan müəllimdən 45 illik fəaliyyətini nəzərə alıb Sovet vaxtı ilə indiki vaxtın yaxşı və pis tərəflərini də soruşuram.

    - Mən 1979-cu ildən buradayam. Bu müddət ərzində sahə rəisindən tutmuş, direktora qədər müxtəlif vəzifələrdə çalışmışam. Sən deyirsən, o dövrlə indiki dövrün fərqi... Bilirsən, onda kombinatın içində ayrı-ayrı sektorlar var idi. Xalça sektoru, şüşə sektoru və sair. Amma sənə bir şeyim deyim, indiki abidələr sənət əsəridir. Məncə, ən böyük fərq budur.

    Biz söhbətləşdikcə kombinatın işçiləri bir-birlərinə dəstək verə-verə öz işlərində-güclərindədirlər. Baloğlan müəllim işçiləri göstərib Aşıq Ələsgərin heykəli üçün onların əməlli-başlı tər tökdüklərini deyir.

    - Bu abidəni biz iki ay yarıma hazır eləmişik. Bayaq da dedim, tam vaxtında. İşçilərlə gecə-gündüz işləmişik. Bilirsən, mən dəqiq adamam. Bu vaxtda demişəmsə, vəssalam.

    - Bəs materialları haradan alırsınız? - sualına da müəllimin cavabı çox qəti olur: "Oradan-buradan".

    Bir az dayanıb əlavə edir:

    - Əvvəllər Rusiyadan alırdıq, amma indi, dediyim kimi, oradan-buradan. Metal satılan yerlər var ha, bax gedirik oraya, seçirik, oradan götürürük.

    - Maraqlıdır, bəs bu qədər abidə üçün "oradan-buradan" yığılan dəmir bəs edirmi?

    - Əlbəttə, eləmir. Qıtlıq yaşadığımız vaxtlar da olur. Bir şey də var ki, sökülən heykəllər də bura gətirilirdi. Məsələn, Leninin, Kirovun heykəli, On Birinci Qırmızı Orduya aid abidə... Gətirilib burada əridilib, istifadə edilib.

    Baloğlan müəllim yaxşı metalın tapılmamasından da şikayətçidir:

    - Uşaqları salırıq çöllərə, gedib axtarıb, seçib gətirirlər. Çətindir e, buranın iş prinsipi çox çətindir. Bilirsən, siz prosesi tam olaraq, görmürsünüz, bilmirsiniz. Bax indi biz dayandığımız bu yerdə metal əriyəndə elə bir istilik olur ki, içəridə dayanmaq olmur. Bax, - əli ilə kombinatın uçuq-sökük pəncərələrini göstərir, - hamısı ona görə qırıqdır ki, istilik buradan çıxa bilsin, yoxsa içəridə nəfəs almaq olmaz.

    - Ceyms Uilsonun "sınıq pəncərə" nəzəriyyəsi var, yəqin, bilirsiniz, - fikrimi tamamlamağa imkan vermir:

    - Ay qardaş, bura hava girməlidir, hava!.. Və isti buradan bayıra çıxmalıdır. Pəncərə buna görə qırıqdır, vəssalam, - deyib əli ilə fotoqrafımıza işarə edir:

    - Məni yox, amma bu işçiləri çəkə bilərsən, dəmir əridirlər.

    Kombinatın işçiləri xırda-para metal parçalarını onları əritmək üçün nəzərdə tutulan, bir az da Domna sobasını xatırladan qurğuya atırlar. Atılan metal parçalarına baxdıqda, həqiqətən də, onların elə oradan-buradan yığıldığını görmək olur: nəyinsə dəmir qapağı, hansısa borudan kəsilmiş hissə, dəmir dəstək və sair. Həyatın gərdişinə bax ki, nə vaxtsa haradasa, hansısa küçədəsə qaz borusu kimi ömrünü başa vurmuş dəmir parçası sabah əzəmətli bir abidədə pay sahibi ola bilir, şəhərin bəzəyinə çevrilir.

    - Bu isə Babəkin qılıncıdır, - Baloğlan müəllim qarşımıza çıxan növbəti hissəciyi göstərir.

    Dönüb-dolanıb yenə də Aşıq Ələsgərin abidəsinin yanında qərar tuturuq. Məhz bu cür abidənin ümumi maya dəyərini soruşuram:

    - Ən azı, iki yüz min manat. Çətindir e bu proses. Bax bu gördüyün abidənin çəkisi üç tondan çoxdur. Təsəvvür elə, - bunu deyib saatına baxır və əllərini qaldırır:

    - Nihat, ilk adamsan ki, məni bu qədər danışdıra bildin, daha bəsdir, mən getməliyəm. Kombinat sizin ixtiyarınızda, çəkin...

    Baloğlan müəllimi kombinatdan yola sala-sala bir az da söz qoparıram.

    - Bakıda başqa kombinatlar da var, eləmi?

    - Var e, nə bilim e... Buranın keyfiyyəti tamam başqadır. İtaliya, Türkiyə, İran - hamısında bu kombinatdan çıxan heykəllər var. Burada görülən bütün işlərin məsuliyyəti mənim üzərimdədir, keyfiyyətinə mən nəzarət edirəm, - kombinatın çıxışına çatar-çatmaz Baloğlan müəllim Babəkin abidəsinin modelini göstərir:

    - Yeri gəlmişkən, bu abidədə xırda yanlışlıq var, - modelə yaxınlaşıb izah edir, - atın bu ayağı irəli çıxıbsa, arxa ayaq mütləq irəli gəlməlidir. İnşallah, abidə qoyularsa, biz bunu aradan qaldıracağıq, - bir qədər dayanır, - amma qoyulsa da... Bu abidə hazırlansa, bilirsən, nə qədər olacaq? Əlli ton! Bir də bunu kombinatdan çıxarmağı düşün...

    Baloğlan müəllim yolüstü kombinatın çıxışındakı üst-üstə yığılmış dəmir, gips, taxta parçalarını göstərib deyir:

    - Bax, bu da Babəkin başı... - deyib binadan çıxır və müəllim yarımcan tikililərin arasında itir.

    Baloğlan müəllimin gözdən itməsi ilə Babək mövzusunu da qapayıb kombinatın işçiləri ilə həmsöhbət oluram. Kombinat işçiləri Aşıq Ələsgərin abidəsinin üzərindəki yazı işi ilə məşğuldurlar. Həmsöhbətimin adı Oqtaydır, düz otuz ildir ki, kombinatda işləyir. Deyir, işini sevir, maraqlıdır, amma ağırdır.

    - Bizə hazır forma gəlir, həmin formanı torpaqdan çıxarırıq. Torpaq həmin formadakı boşluqları tutmaq üçündür. Metal əriyəndən sonra bu formanın içərisinə süzəcəyik. O torpaq məhz formadakı boşluqları tutur ki, süzülmüş metal ora girməsin, forma pozulmasın.

    Oqtay bəy deyir ki, bəzən elə olur, aylarla iş olmur.

    - Biz maaş müqabilində işləmirik. Bizdə qonorardır. Yəni heykəl olduqca işləyirik, ona uyğun qonorar alırıq. Buna da şükür...

    Oqtay bəylə söhbətimiz əsnasında kombinatın başqa bir işçisi bizə işarə edir:

    - Gəlin, gəlin, bu sizin üçün də maraqlıdır.

    "Humay" mükafatı. Mükafat 1993-cü ildən təsis edilib və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilir. Bu milli mükafat, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur. İllərini bu kombinata qurban vermiş, - düz otuz il - digər müsahibim Rasim bəy mükafatı xüsusi qəlibə sala-sala izah edir:

    - Bu mükafatın da müəllifi rəhmətlik Arif Qazıyevdir. Bax, - əli ilə kombinatın metal əridilən iri qurğusuna söykənmiş qalxanı göstərir, - Babəkin qalxanıdır, bunun da müəllifi Arif müəllim olub. O da abidənin yarımçıq qalmasından gileylənir. Görünür, bu abidə, bu heykəl, bu "Qordi düyünü" misalı elə bu kombinatın, onun işçilərinin və həm də mənim alnımıza yazılıb...

    Rasim bəy deyir ki, "Humay" mükafatını, demək olar ki, yarandığı vaxtdan bu kombinatda düzəldirlər. Sifarişi isə, adətən, rəhmətlik Azər Paşa Nemətov verirmiş.

    - Siz bu mükafatdan almamısınız ki? - bir qədər duruxub ciddi görkəm alır.

    - Yox, - gülə-gülə cavab verirəm.

    - İnşallah, alarsınız, bu boyda əziyyətiniz boşa gedəsi deyil ki... - əlindəki işi dayandırıb mənə yaxınlaşır, əli ilə kombinatın lap o biri başındakı balaca otağı göstərir:

    - Gedin ora da baxın, peşman olmazsınız.

    Qalaq-qalaq yığılmış materialların arasından sivişib özümüzü işarə verilən otağa yetiririk.

    Bura orden və medalların hazırlandığı otaqdır. Bapbalaca, içəridə, az qala, üçüncü adamın yeriməsinin mümkün olmadığı bir otaq. Amma bu balaca otaqda hazırlanan orden və medalların dəyəri ölçüyə gəlməz qədər böyükdür. Medalların müəllifi belə deyir.

    Rizvan bəy də ömrünün böyük qismini burada keçirib. Bizi görər-görməz əvvəlcə əyləşməyimizi təklif edir, tez-bazar çay dəmləyir və tez bir zamanda işə qoyulur. İşini gördükcə danışır, bizə mümkün izahlar verir:

    - Burada proses belə olur ki, əvvəlcə orden, ya medalın eskizi çəkilir. Bilirsən, heykəldən fərqli olaraq, orden və medalın eskizi konkret olmalıdır. Çox da xırda detallara girməyə lüzum yoxdur, çünki bu zatən özü xırda bir işdir, bir də onun daha da xırdalığına getmək... bir az mümkünsüzdür.

    Danışdıqca hazırda əlində olan işləri masaya düzür.

    - Eskiz hazırlandıqdan sonra gipsdən qəlibini çıxarırıq, daha sonra isə onun mumdan qəlibi düzəldilir. Yekunda isə gedir "vanna"ya. "Vanna" bunun son mərhələsidir. O mərhələ də bitəndən sonra ya qızılı, ya da gümüşü suya salırıq, vəssalam. Xırdaçı işdir, bunun üçün bizə lupalar, böyüdücülər də lazım olur: 3 dəfə böyüdən, 5 dəfə böyüdən və hətta 200 dəfə böyüdən və sair.

    Rizvan bəyin sözlərinə görə, hazırda sifarişlər azalıb. Səbəbini isə gülər üzlə ifadə edir: "İndi əsas iş Qarabağda gedir".

    Bizi kombinatda daha başqa sürprizin gözləmədiyini nəzərə alıb yavaş-yavaş dəm-dəstgahımızı yığıb çıxırıq. Çıxışda binanın ümumi görünüşünü çəkdiyimiz vaxt Rizvan bəy tələm-tələsik özünü bizə yetirir:

    - Bayaqdan baxıram, xatırlaya bilmirdim, mən sizin Tofiq Ağababayevlə müsahibənizi oxumuşam, - deyir və elə cavab gözləmədən əlavə edir:

    - Mən özüm 1970-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləmişəm. Cizgi filmi çəkirdik, ilkin adı "Bulud" idi, sonrasını bilmirəm. Ondan sonra əsgərliyə getdim, qayıdandan sonra ora qayıtmadım, getdim indiki Heydər Əliyev Sarayında işlədim - işıq üzrə rəssam kimi. İndi də buradayam, dəmirlə əlləşirəm, məncə, bura daha yaxşıdır... (gülür)

    Görünür, kombinatda oxşar talelərin cəm olması da həyatın növbəti gərdişidir: küçə-küçə, məhəllə-məhəllə yığılan və artıq həyatını başa vurmuş dəmir parçalarının hansısa abidədə yeni nəfəs tapması kimi, Rizvan bəy də ikinci nəfəsini məhz burada tapıb...

    Sağollaşıb kombinatın həyətindən çıxırıq. Sürücümüz soruşur:

    - Bayaq o kişiyə dedin e, - bir az dayanır, - nəzəriyyə.

    - Hə, "sınıq pəncərə" nəzəriyyəsi.

    - O nə deməkdir?

    Artıq kombinatın həyətindən çıxıb qarşı tərəfə - maşınımıza sarı keçirik. Geri çevrilib kombinatın binasını göstərirəm.

    - Bax, görürsən, binanın pəncərə şüşələrinin bir çoxu qırılıb və onu düzəldən yoxdur. O nəzəriyyə bunu deyir ki, pəncərənin bir şüşəsi qırılsa və təmir olunmasa, mütləq digər şüşələr də qırılacaq.

    Sürücü maşına oturub motoru işə salır. Sükanı döndərməmişdən qabaq başı ilə kombinata sarı yüngülcə işarə edir:

    - Əşi, kimin nəyinə lazımdır?! Pəncərə...

    qerar.az
    qerar.az
    qerar.az
    qerar.az
    qerar.az
    qerar.az
    qerar.az

    Oxunub: 252
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.