Amerikalı casusa 16 il həbs cəzası verildi
Rusiyanın Moskva şəhərində ABŞ vətəndaşı Pol Uilanın məhkəmə prosesi keçirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 48 yaşlı Uilan Federal Təhlekəsizlik Xidmətinin bölmələrindən birinin şəxsi heyəti barədə siyahını öyrənməyə cəhd edən zaman saxlanılıb. “Casusluq” maddəsi ilə təqsirli bilinə Uilan 16 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbsə göndərilib.
O, “BorgWarner” avtomobil şirkətinin əməkdaşı kimi Rusiyaya gəlmişdi.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: