Məşhur baş məşqçinin oğlu saxlanıldı
PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qaltye hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olma ittihamı ilə nəzarətə götürülüb.
Hazırda onun evində axtarışlar aparılır. Özü isə polis idarəsindədir.
Qeyd edək ki, Kristof Qaltye Qətərin "Əl-Duhail" komandasının baş məşqçisidir.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: