Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
Press-fakt.az
    
  • Dünyada siqareti qadağan edən ilk ölkə:
    Dünyada siqareti qadağan edən ilk ölkə: Maldiv adaları
  • 
  • TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR - 
    TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
  • 
  • ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
    ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
  • 
  • İsrail Livana  “idarə olunan raketlə” hava zərbəsi endirib
    İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
  • 
  • "İran nüvə obyektlərini yenidən quracaq" - 
    "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
  • 
  • “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”-
    “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
  • 
  • Bakıda və bəzi rayonlarda yağış yağacaq - 
    Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
  • 
  • Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
    Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
  • 
  • Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir - 
    Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
  • 
  • 310 əcnəbi jurnalist bir arada -
    310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
  • 
  • ali təhsilli müəllim-MƏMUR KİMDİR?
    30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
  • 
  • Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
    Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
  • 
  • Nevada səhrasında 315 nəfərin külü TAPILDI
    Nevada səhrasında 315 nəfərin külü TAPILDI
  • 
  • 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
    2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
  • 
  • "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
    "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
  • 
  • Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
    Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
  • 
  • Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
    Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
  • 
  • Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
    Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
  • 
  • Prokurorluq Qaradağ RİH-ə girdi,
    Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
  • 
  • İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
    İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
  • 
  • Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib -
    Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “ƏLİ HƏSƏNOV KİMDİR Kİ?...” – Azər Həsrətdən maraqlı açıqlamalar (Müsahibə)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • "Gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?" - Atası ölən jurnalist TƏBİB-ə od püskürdü

    • Tarix: 15-06-2020, 15:37

    "Gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?"  - Atası ölən jurnalist TƏBİB-ə od püskürdü


    İki gün öncə atasını itirən jurnalists TƏBİB-i ittiham edib.

    Söhbət Seymur Kazımovdan gedir. Onun sözlərinə görə, atası iki gün öncə keçinib. Bundan öncə isə bir neçə gün yüksək hərarətdən əziyyət çəkib. "Medicina.az"ın məlumatına görə, jurnalist TƏBİB rəhbəri Ramil Bayramlıya qarşılaşdığı problemlərlə bağlı açıq məktub ünvanlayıb. S.Kazımovun məktubunu olduğu kimi təqdim edirik:

    "Rəvanə Əliyeva, mən 2 gün öncə atamı itirmişəm, özümə söz vermişdim ki, 40 gün susub, yasımı saxlayacağam. Amma sizin insanları qınayan, alçaldan postunuz imkan vermədi ki, sakitcə yasımızı tutaq. Mən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlıya açıq məktub yazıram. Məktub ictimai qaydada olacaq və media istifadə edə bilər. Mənə cavab-zad yazmayın, sizdən gözləntim yoxdur. Bizim sizinlə şəxsi yazışmamız olub, doğrusu mən yazmışam, siz də ya oxumusunuz, ya da oxumamısınız. Qətiyyən mənə cavab yazmayın! QƏTİYYƏN!

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya

    AÇIQ MƏKTUB

    Hörmətli Ramin Bayramlı, mən, Seymur Kazımov jurnalist olaraq sizə suallardan ibarət quru informasiya sorğusu göndərə bilərdim. Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım.
    Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.

    Birincisi, aidiyyatı üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.

    İkincisi, zəng edirik TƏBİB-in qaynar xəttinə. Cavab vermir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Test olub-olmadığını soruşur. Yox cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.

    Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa mərkəzə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.

    Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır...dimedrol-analgin vurur və gedir.

    Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmaniyası göstərilir.

    Altıncısı, qızdırma davam edir, bir gündə dava-qırğından sonra 2 həkim gəlir müxtəlif saatlarda, hər ikisi yenə baxır, baxır və dimedrol-analgin vururlar və gedirlər.

    Siyahını rəqəmlərsiz davam edirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə nəhayət test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər.

    Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng olunur, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”. Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür, yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyir.

    Çatırıq öldüyü günə, iyunun 12-ə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona, “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başlayır özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.
    Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”yə gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.
    Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevamaniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”.

    Gedirik, “götürməyə” və qohumlardan biri zəng edir, “tələsmə, atan keçindi, gəl morqun qarşısına”.
    Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, “neqativ” mesajı gəlir.
    Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur. Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara: bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı, Operativ qərargahın birfinqində eşitməyəksiniz. Oxuyun.

    1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?

    2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?

    3. "Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?

    4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.

    5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beyinin məhsuludur?

    6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?

    7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?

    Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər- İtaliya, İspaniya, Fransa, ABŞ... “burada insanlar qırılırdı amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada gündəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir.

    Əlqərəz, gəlirəm lap əvvələ, yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz.
    Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam".

    Oxunub: 564
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      02-11-2025
      16:30 | Ruslar öz əsgərlərinin məzarlarını yerlə-yeksan edirlər - VİDEO
      16:20 | Dünyada siqareti qadağan edən ilk ölkə: Maldiv adaları
      16:00 | TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
      15:45 | QARADAĞIN DEPUTATI İH-dəki HƏBSLƏRDƏN DANIŞDI: "Təəssüf hissi keçirirəm ki..."
      15:30 | İranda Rusiya əleyhinə təbliğat aparılır - Ruhulla Mübadder
      15:25 | ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
      15:20 | İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
      15:15 | "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
      14:15 | Vaşinqtonda MƏRKƏZİ ASİYA SAMMİTİ:  Bölgə uğrunda MÜBARİZƏ GÜCLƏNİR /TƏHLİL
      14:05 | Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar niyə və neçə manat cərimələnə bilərlər?- VİDEO
      14:00 | “Putinlə Trampın görüşünə yox, buna ehtiyacı var”- Peskov
      13:55 | “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
      13:50 | Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
      13:45 | QARADAĞ RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT - Müavin və daha iki vəzifəli həbs edildi /Yenilənib
      13:35 | Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
      13:30 | Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
      13:10 | 310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
      13:00 | Rus dilində ən uzun sözdə 55 hərf var - "Ginnesin Kitabı"nda rekord dəyişib
      12:50 | DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
      12:30 | 30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
      12:25 | Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
      12:20 | Nevada səhrasında 315 nəfərin külü TAPILDI
      12:00 | 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
      11:55 | Ermənistan AĞRI DAĞDAN RƏSMƏN İMTİNA ETDİ - 2025-ci il noyabrın 1-dən...
      11:50 | "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
      11:44 | Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
      11:40 | Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
      11:35 | Ukrayna ordusu “Qara Şahin” əməliyyatına başlayıb - Pokrovsk ətrafında döyüşlər şiddətlənir
      11:30 | MƏNZİL BAZARINDA BAHALAŞMA DAVAM EDİR -  Səbəb nədir? /VİDEO
      11:25 | İsmayıllıda bir gündə ikinci zəlzələ
      11:22 | Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ
      11:20 | Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
      11:15 | Region çalxalanır: İrana qurudan hücum ola bilər - Bu istiqamətdə
      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:01 | Trampın oğlu Ermənistana səfər edəcək
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      10:01 | “Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.