ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə və Kanadadan İsrail açıqlaması
ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə və Kanada birgə bəyanat yayaraq, İsrailin özünümüdafiə haqqını dəstəklədiklərini açıqlayıb.
Globall.az turkustan.az-a istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı qırğın hücumları aramsız olaraq davam edərkən, ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə və Kanada fələstinliləri qətlə yetirən İsrailin özünümüdafiə haqqını dəstəkləyən birgə bəyanatla çıxış ediblər.
ABŞ və 4 Avropa ölkəsi də İsraili beynəlxalq humanitar qanunlara əməl etməyə və mülki insanları müdafiə etməyə çağırıb, Həmas-ın iki girovu azad etməsini alqışlayıb və qalan girovların dərhal azad edilməsini istəyib.
ABŞ prezidenti Co Bayden Katolik ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk və İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsindəki son hadisələri müzakirə etdikdən sonra İngiltərə, Almaniya, Fransa, İtaliya və İsrail liderləri ilə İsrail və Fələstin arasındakı müharibəni müzakirə edib.