"Sizi yer üzündən siləcəyik" - İsraildən İrana AÇIQ TƏHDİD
"İsrailin düşmənlərinə çox açıq mesajı var. Biz onlara deyirik, Qəzzada görün nələr olur, bizə hücum etsəniz, sizi yer üzündən siləcəyik”.
Globall.az bakivaxtı.az-a istinadən xəbər verir ki, bunu İsrailin İqtisadiyyat naziri Nir Barkat deyib.
Nazir İran və Hizbullahın HƏMAS-ı dəstəklədikləri təqdirdə bunun bədəlini ödəyəcəklərini ifadə edib.
"İranın Livandakı peyk terror təşkilatı Hizbullah İsrailə hücum edərsə, İrandakı bütün Ayətullahlar dünyadan silinəcək", - Barkat birbaşa Tehranı hədəfə alıb
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: