KXDR Cənubi Koreyanı müharibə ilə hədələyib -
Amansız cavab veriləcək!
Şimali Koreya tərəf cənubu təşviqat vərəqələri yaymaq kimi təxribatların qarşısını almağa çağırıb. Əks-təqdirdə qarşı tərəfə «amansız cavab» vəd olunub.
Cənubi Koreyadan olan fəalların yaydığı proklamasiyalar Koreya Xalq Demokratik Respublikasının (KXDR) «ali rəhbərliyini təhqir edir» - deyə, ultimatumu dərc edən «Nodon sinmun» qəzeti (Pxenyan) yazıb.
«Amansız cavab tədbirləri davam edəcək. Bizim basılmaz-güclü inqilab ordumuz hazırda qıcıqlandırılmış xalqımızın intiqamını alacaq» - deyə, nəşr qeyd edib.
Bu bəyanat koreyalararası tarixi sammitin ildönümü günündə meydana gəlib. Sammit 20 il əvvəl Pxenyanda iki dövlətin liderləri arasında baş tutub.
Bir həftə bundan əvvəl Cənubi Koreya xəbər verib ki, Şimal onunla hərbi sahədə əlaqələri kəsib. Buna qədər tərəflər 2018-ci ildən başlayaq, bu əlaqəni gündə iki dəfə saxlayıblar.