ABŞ: "Atəşkəsə qarşıyıq..."
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, İsrail və Fələstin arasında atəşkəs ideyasını dəstəkləmədiklərini, çünki HƏMAS-ın bu atəşkəsdən istifadə edə və İsrailə hücumlarını davam etdirə biləcəyini söyləyib.
Globall.az Turkustan.Az xəbər verir ki, ABŞ Dövlət Departamenti Qəzzada atəşkəs çağırışlarını rədd etdiyini bir daha bəyan edib. O, atəşkəsin HƏMAS-a yenidən qruplaşmaq və İsrailə qarşı yeni hücumlara hazırlaşmaq imkanı verəcəyini müdafiə edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Miller dünənki mətbuat konfransında deyib: “İstənilən atəşkəs HƏMAS-a dincəlmək, yenidən quruluş vermək və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək”.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: