ABŞ yüksək rütbəli hərbi məmurlarını məsləhət üçün İsrailə göndərir
Ağ Ev ABŞ prezidenti Co Baydenin əməliyyatlarla bağlı məsləhət vermək üçün İsrailə bir neçə yüksək rütbəli hərbçi göndərəcəyi ilə bağlı iddiaları təsdiqləyib.
Globall.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bir jurnalistə "General-leytenant Ceyms Qlinn və bəzilərinin israillilərə məsləhət vermək üçün göndərildiyini təsdiqləyə bilərsinizmi?" sualına cavab verib.
Kirbi, "İsrailin təşkil etdiyi və gələcəkdə təşkil edə biləcəyi əməliyyatlar üçün uyğun təcrübəyə malik olduğunu düşündüyümüz hərbi səlahiyyətlilərin təcrübələrini bölüşmək üçün orada olacaqlarını söyləyə bilərik" dedi.
ABŞ-dan yayımlanan Axios xəbər saytı Baydenin İsrail ordusuna məsləhət vermək üçün digər yüksək vəzifəli şəxslərlə birlikdə İraqda İŞİD-ə qarşı xüsusi əməliyyatlarda iştirakı ilə tanınan general-leytenant Ceyms Qlinni seçdiyini iddia edib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.
Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya hücumları nəticəsində 2055-i uşaq və 1119-u qadın olmaqla 5087 nəfərin öldüyünü, 15273 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.
Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 26 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 HƏMAS, 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadası üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib.
Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.