ABŞ yüz minlərlə vətəndaşını bölgədən təxliyə etmək planı hazırlayır
Bayden administrasiyası Fələstin və İsrail arasında münaqişənin kəskinləşəcəyi təqdirdə yüz minlərlə ABŞ vətəndaşını Yaxın Şərqdən təxliyə etmək planları hazırlayır.
Globall.az Turkustan.az-a istinadən xəbər verir ki, “The Vaşinqton Post”un mənbələrə istinadən verdiyi məlumata görə, Bayden administrasiyası Fələstin və İsrail arasında münaqişənin kəskinləşəcəyi təqdirdə yüz minlərlə ABŞ vətəndaşını Yaxın Şərqdən təxliyə etmək planları hazırlayır.
İsrail və Livanda yaşayan 600 mindən çox amerikalı “ən pis ssenari”dən narahatdır. Bildirilir ki, Vaşinqton İsrailin potensial quru əməliyyatı zamanı gərginliyin artması ehtimalından dərin narahatdır.
İddialara görə, ABŞ administrasiyası öz vətəndaşlarını təxliyə etməyə cəhd edib. İsraildə təxminən 600 min ABŞ vətəndaşı, Livanda isə 86 min ABŞ vətəndaşı var.
Qəzet qeyd edib ki, ABŞ-ın yüksək rütbəli məmurları regionda yaşayan Amerika vətəndaşları arasında çaxnaşma yaratmamaq üçün kütləvi evakuasiya planlarını açıq şəkildə müzakirə etməkdən çəkinirlər, lakin son vaxtlar onların mövqeyi dəyişib və bu, münaqişə ilə bağlı narahatlığı göstərə bilər.