Tərtərdə traktorçu minaya düşdü, qolu amputasiya olundu
Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.
Globall.az-ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan Pravda.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.
Araşdırma aparılır.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: