Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə bağlı qərar çıxarıldı
Bakı Kommersiya Məhkəməsində "Azsığorta" ASC-nin Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-yə qarşı məhkəmə iclası keçirilib.
Globall.az Pravda.az-a istinadən bildirir ki, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.
Qeyd: "Azsığorta" ASC Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: