"Salmanoğlu inşaat"ı cərimə gözləyir
"Salmanoğlu inşaat-79" MMC-yə inzibati protokol yazılıb. Globall.az Pravda.az-a istinadən bildirir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: