Ferstappen "Formula 1"də yeni rekorda imza atıb
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" dünya çempionatının 19-cu mərhələsində - Meksika Qran Prisində qalib olub. Globall.az "report"a istinadən bildirir ki, yarışda ikinci yeri "Mercedes" komandasının üzvü, britaniyalı Lyuis Hamilton tutub. İlk üçlüyü "Ferrari"dən Şarl Lekler tamamlayır. Ferstappen bu mövsüm 16-cı qələbəsini qazanıb və bu göstəriciyə görə rekorda imza atıb. Əvvəlki rekord da 2022-ci ildə 15 qələbə ilə Ferstappenə məxsusdur.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: