Gömrük Komitəsi Gəmiqaya tikinti materialları istehsalat kompleksinə cərimə yazdı
"Gəmiqaya tikinti materialları istehsalat kompleksi" MMC-yə inzibati protokol yazılıb.
Globall.az Pravda.az-a istinadən bildirir ki, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyevanın icraatındadır.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: