“Zirə”nin legioneri: “Bakı gözəl şəhərdir, burada ucuzluqdur”
"Bakı gözəl şəhərdir və burada ucuzluqdur". Globall.az "report"a istinadən bildirir ki, bunu "gsp.ro" saytına açıqlamasında "Zirə"nin futbolçusu Stefan Aka deyib. Kot-d'İvuardan olan müdafiəçi Azərbaycanda işlərinin yolunda getdiyini bildirib: "Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. "Zirə"nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik". Qeyd edək ki, Stefan Aka bu mövsüm Premyer Liqada 7 oyun keçirib.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: