Meksikada təyyarə qəzası olub, ölənlər var
Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
Globall.az report-a istinadən xəbər verir ki, bu barədə ştat hökumətinin feysbuk səhifəsində bildirilib.
Tetlama şəhərində qeydə alınan hadisə zamanı ekipaj üzvlərinin hamısı dünyasını dəyişib.
Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: