Bu vitamin çatışmazlığı xərçəng yaradır
Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqdan orqanizmə sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən içatışmaya bilər: -Qidada çatışmamazlıq, zəif qidalanma, dietalar -Bağırsaqda sovrulmasının pozulması - mədə-bağırsaq xəstəlikləri -Qaracyər xəstəlikləri Globall.az medicina.az-a istinadən . bəzən həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb: İlk növbədə vitaminin azalmasına səbəb olan faktorları sadalayaq. Kimlər risk altındadır: -Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə -Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda -Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin -Hepatit, sirroz -Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir. -Zərərli və zəif qidalanma Vitamin K-nın orqanizmdə rolu: -Qanın sovrulmasını təmin edir -Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması -Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır -Sümük və daxili orqanların toxumasını təşkil edir -Qan damarlarının funksiyası -Mədə-bağırsağın peristaltikası -Kalsiumun mənimsənilməsi -Reproduktiv orqanlar üçün -İnsanı onkoloji xəstəliklərdən qoruyur -Orqanizmi qocalıqdan qoruyur Əsas simptomlar: -Hemorragik sindrom - burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur - Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur -Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır. Müalicəsi: -Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir -Dieta - K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır Evdə vitamin K dozasını normaya salmaq üçün bunları edin: Yaşıl çay içmək - hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için Yaşıl çayda sutkalıq K vitamini var. İspanaq - bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz. Baş soğan - təzəsini yeyin Meyvələrdən - kivi, kök, armud, üzüm, almada var. K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.