Fərid Əliyev, Namiq Bayramov və Müşfiq Məmmədova "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Globall.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Fərid Əlibaba oğlu Əliyevə
polkovnik Namiq Süleyman oğlu Bayramova
polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: